Logo

Restoranlarda 8 mart hazırlığı - VİDEO


8 mart beynəlxalq qadınlar gününə iki gün vaxt qalıb. Bayrama restoranlar da xüsusi hazırlıq görüblər. Yerlərin əksəri indidən rezerv olunub .

8 Mart Beynəlxalq qadınlar günü ilə əlaqədar artıq hazırlıqlar başlayıb. Paytaxat restoranlarının bir çoxu qadınlar gününə özəl, xüsusi hazırlıq görüblər. Bəzi restoranlar standart menyu təklif etsələr də, əksər restoran menyu seçimində müştərilərə sərbəstlik verir. Yəni müştəri nə yeyib-nə içəcəksə onun pulunu ödəyəcək. Qadınlar gününə özəl restoranların demək olar ki, əksərində şou-proqramlar olacaq.

Koronovirus təhlükəsi ilə bağlı bu il sifarişlərdə azalma demək olar ki, müşahidə edilmir. Əksər restoranlar da yerlər artıq bron edilib. Restoran müdirlərinin sözlərinə görə, virus əleyhinə xüsusən bu günlərdə profilaktik tədbirlər daha da gücləndirilib.

Qeyd edək ki, 8 marta özəl restoranlarda təklif edilən hazır menyuların qiymətləri əsasən adambaşına 40-50 manatdan başlayır və 150-200 manata qədər davam edir.

Biznes,
06.03.2020 22:09 691
Teqlər: