Logo

Azərbaycan Gürcüstandan siqaret idxalını 15 dəfə azaldıb


Bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana 33 min qutu (hər birisində 1 000 ədəd olmaqla) siqaret və digər tütün məmulatları ixrac olunub.

İqtisadiyyat.Az xəbər verir ki, Azərbaycanın qonşu ölkədən idxal etdiyi tütün məhsullarının ümumi dəyəri 856 min ABŞ dolları təşkil edib.

İllik müqayisədə Azərbaycanın Gürcüstandan tədarük etdiyi siqaret və tütün məmulatlarının həcmi 15,3 dəfə azalıb.(Report)

Biznes,
07.03.2020 08:47 39
Teqlər: İqtisadiyyat.Az, biznes,