Logo

ASA-nın sədri Dünya Sığorta Konqresində


Fevral ayının 26-27-də keçirilən “Dubai World Insurance Congress”-də “Atəşgah Həyat” sığorta şirkətini və Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Azər Əliyev və  şirkətin sədr müavini Orxan Şirinli iştirak ediblər.

Fins.az xəbər verir ki, konqresdə yeni innovativ sığorta məhsullarının tətbiqi mexanizmləri, mövcud sığorta bazarının 2025-ci ilin tələblərinə cavab verilməsi istiqamətində görülən işlər müzakirə olunub.

Eyni zamanda, “Atəşgah Həyat” Sığorta Şirkəti olaraq 15-ə yaxın görüşlər keçirilib. Görüşlərdə əsas məqsəd yeni sığorta məhsullarının xarakteristikalarının öyrənilməsi, İPO işlərinin aparılması istiqamətində beynəlxalq reytinq agentliklərinin və digər maliyyə və investisiya institutlarının fikirlərinin öyrənilməsi idi.

Sığorta,
05.03.2020 15:02 149
Teqlər: İqtisadiyyat.Az, sığorta,