Logo

Azərbaycan hər il 400 taxılbiçən kombayn istehsal edəcək


“Hacıqabul Sənaye Məhəlləsində hər il 400 taxılbiçən kombaynın istehsal edilməsi nəzərdə tutulur”. 

Bunu “Report”a açıqlamasında "Azərmaş” ASC-nin İdarə Heyətinin sədri Emil Axundov rəhbərlik etdiyi qurumun Rusiyanın Rostov vilayətinin "Rostselmaş" şirkətilə Azərbaycanda kombaynların yığılması ilə bağlı imzaladığı müqaviləni şərh edərkən deyib.

Onun sözlərinə görə, həmin kombaynların 70%-dən çoxu ixrac ediləcək: "Biz yerli bazarı araşdırmışıq və hər il yığımını həyata keçirəcəyimiz kombaynların təxminən 100-nü ölkə daxilində satmağı, qalanını isə xarici bazara çıxarmağı planlaşdırırıq”. 

Aqrar,
04.03.2020 16:13 158
Teqlər: İqtisadiyyat.Az, aqrar,