Logo

2019-cu ildə reklamverənlərə nəyi gətirdi və 2020-ci ildə mütəxəssislər nəyi gözləyir? – Proqnoz


Rusiyanın Kommunikasiya Agentliklərinin Assosiasiyası 2019-cu ilin birinci yarısı üzrə ölkənin reklam bazarının inkişafı tendensiyasını analiz edib. Assosiasiyanın analizinə görə, reklamverənlərin bu sektora (dijitala) ayırdığı büdcənin həcmi 227 milyard rubl olub bu isə 2018-ci illə müqayisədə 3% çox rəqəm deməkdir. İnternet reklam sahəsi də əlavə olaraq 20% artıb. Belə bir artım dijitalda olduğu kimi digər sferalarda yoxdur. Reklam büdcələrindən başqa, multikanallığın əhəmiyyəti də artır. Müasir dövrdə, kompleks yanaşma isə ən yaxşı nəticələri verir.

2019-cu ildə qlobal tendensiyanı iki hissəyə ayırmaq olar. Birincisi, reklam kampaniyalarının effektivliyini artırmaq üçün həll yolları axtarılmalıdır. Bu isə müasir texnologiya və auditoriyanın şəxsi məlumatları ilə işə əsaslanır. İkinci, isə mobil reklam formatlarının (bu məntiqlidir, bir halda ki, mobil istehlak artmaqdadır) artan əhəmiyyətidir. Məsələn, bu gün Rusiyada internetdən istifadə edən auditoriyanın həcmi 90 milyon nəfər qiymətləndirilir. Bu isə ölkə əhalisinin 75%-i deməkdir. Bu tendensiya isə yalnız güclənəcək.

i-Media-nın ekspertləri 2019-cu il üzrə nəticələri qiymətləndiriblər və 2020-ci il üzrə marketinqin performansı üzrə proqnoz veriblər.

SMM

Sosial şəbəkələrin auditoriyasının fərqli olmasına baxmayaraq, SMM-də trend qarşılıqlı nüfuza malikdir. Məsələn, yaşa görə Odnoklassnikdə daha çox yetkin insanlar, TikTok-da isə yeniyetmələr “oturur”. Bütün digər sosial şəbəkələr isə birləşməyə başlayır. Məsələn, VKontakte artıq sadəcə gənclərə xitab edən platforma kimi xatırlanmır. Əgər adıçəkilən sosial şəbəkədəki istifadəçilərin əksəriyyətinin yaş kateqoriyasına baxsaq, onların çoxunun 30+, hətta 40+ yaşları var. Eyni zamanda, bu gün Facebook-da daha çox gənc var. Ümumilikdə isə Rusiyada izləyici çatımlılığı baxımından liderliyi Vkontakte şəbəkəsi tutur. İkinci yeri Instagram, üçüncü Odnoklassniki, Facebook isə 4-cü olub. Sosial şəbəkələr isə aktiv olaraq biznes alətlərini inkişaf etdirirlər.

Məsələn, Instagramda üçüncü tərəf tətbiqlərə belə keçmədən alış edə bilərsiniz. Daha aktiv satışlar isə Facebook və VKontakte-də gedir. 2020-ci ildə davam edəcək daha bir trend isə reklamverənlərin abunəçi sayı 5-10-15-50 min abunəçisi olan mikrobloggerlərə yönəlməsidir. Araşdırma nəticəsində belə qənaətə gəlinib ki, mikrobloggerlərin abunəçiləri, milyonlarla abunəçisi olanlardan daha çox loyaldırlar və onlara təqdim edilən təklifləri dinləməyə hazırdırlar. Reklamverənlər üçün isə daha az büdcə ilə böyük nəticələr əldə etmək daha məqsədəuyğun gəlir. Sosial şəbəkələrdə daha çox populyar olan çat-botlar haqqında da danışmasaq olmaz. Əgər bu düzgün qurularsa, avtomatik satış sistemi sizə daha çox qazandıra bilər. Maraqlısı budur ki, müştərilər ilə şirkətlərin əlaqəsini araşdıran LiverPerson şirkətinin sorğusuna görə, istifadəçilərin yalnız 19%-i çat-botları qəbul etmir. Çat-botlar ilə söhbəti istifadəçilərin 33%-i müsbət qiymətləndirir, 48%-i isə neytral qalıb. Ümumilikdə isə istifadəçilər çat-botlar ilə söhbət etməkdən çəkinmir. Bütün dünya üzrə isə çat-botlardan isttifadə edənlərin sayı 1,4 milyard insandır. Bu isə dünya əhalisinin ¼-i deməkdir. Amma bu alət populyarlıq qazanmağa davam edəcək.

E-mail marketinq

2019-cu ildə e-mail marketinq CRM-in bir hissəsi kimi inkişaf edirdi. Bu gün e-mail marketinqdən istifadə o deməkdir ki, siz öz auditoriyanızı daha çox hədəfə almısınız. Əgər əvvəllər belə maillər tez-tez göndərilirdisə bu gün isə istifadəçilərin əsəbləri və səbri də nəzərə alınır və bu alətdən daha diqqətli, planlaşdırılmış istifadə edilir. Məsələn, bu gün üçün artıq işləməyən və 3-5 il bundan əvvəl istifadə edilən “Bizdə endirim var, gəlin alın kimi!” çağırışlar indi işləmir. Bir çox insan endirim zamanını gözləyir, ancaq bu fürsətdən isə öz qərarı ilə istifadə etmək istəyir. Trend isə maraqlı kontent və əlbəttə ki, vizualdır. E- mail marketinqin çoxu isə məzmundan ibarət olur. Orada potensial müştərilərə bir məhsulun digərindən fərqləri və onu seçən zaman nələrə diqqət edilməli kimi nüansları izah edilir. Sahə üzrə başqa bir trend isə avtomatlaşdırmadır. Biznes nümayəndələri artıq başa düşürlər ki, bu sahədə uğur bir hissəsi də məhz avtomatlaşdırma ilə bağlıdır. Hər bir məktub fərdiləşmiş və şəxsə özəl olmalıdır. Məsələn, istifadəçi uzun müddətdir ki, saytda daxil olmayıb? O halda ona uzun müddət saytda olmadığına işarə edən təəssüf ifadə edən bir məktub gələcək. Onlayn bir mağazadan məhsul alan zaman isə istifadəçidən onunla bağlı bir rəy qeyd etməyi istəniləcək. Əsas tendensiya budur ki, endirim həlləri avtomatlaşdırmaya keçir və kütləvi mail faydalı məzmuna çevrilir.

Videoreklam

Video aparıcı internet formatlarından biri statusuna malikdir. Hər gün müxtəlif platformalarda minlərlə yeni video çarxlar çıxır, bunlar reklam da ola bilir, imic reklamı da, sadəcə informasiya da. Demək olar ki, o həmişə kompaniyanı, brendi, məhsulu tanıtmağa yönəlir. Belə ki, təkcə videolar Yandeks video şəbəkəsinin auditoriyasını 2 dəfə artırıb. İndi onun əhatə dairəsi YouTube-un aparıcı video platforması ilə müqayisə belə edilə bilər. Nisbətən yeni trend isə interaktiv videodur. Bu isə istifadəçiyə internet mühitində səyahət etməyə, məhsulu 360 dərəcə incələməyə icazə verir. Araşdırmaya görə, belə videolar amerikalı istehlakçılarının 98%-i üçün daha həyəcanlı və maraqlıdır. Araşdırma göstərir ki, belə videolara klikləmə sayı normal videolar ilə müqayisədə 8 dəfə daha çoxdur. Marketoloqlar da qeyd edirlər ki, potensial alıcıların 65%-i interaktiv videoları daha həvəslə qarşılayır. 2019-cu ilin tendensiyasında video reklamların reklamverənlər üçün artımı olub. YouTube, Yandex. Direkt buna icazə verib.

CRM marketinq

CRM marketinq yeni kanalları birləşdirməyə və bununla da istifadəçi məlumatlarını genişləndirməyə davam edir. Məsələn, marketinqin bu növünün köməyilə istifadəçinin hanı resursa baş çəkdiyini bilmək olar, sosial şəbəkələrdə hansı məsələlərdə müzakirəyə qoşuldu, dostlar və qohumlarını öyrənməyə və bununla da auditoriyanı çox dəqiqliklə seqmentləşdirməyə icazə verir. Siz hədəflənmiş qruplar ilə,hətta hər bir istifadəçi ilə fərdi şəkildə işləyə bilərsiniz. Bu gün istifadəçilər süni intellektin köməyi ilə istifadəçi ehtiyaclarına ən uyğun olan mal, xidmət, tövsiyə alırlar. CRM marketinq analitik məlumatların satış texnikası ilə sinxronlaşdırılması problemini həll edir. Tapşırıq elə də asan deyil. Birinci növbədə hər bir istifadəçi və onların internetdəki davranışları haqqında informasiya toplamalısınız. İkinci, isə bu məlumatları analiz edib, satış departamentinə götürməlisiniz. Məsələn, şirkətə ilk dəfə müraciət edən birini fərdiləşdirmək üçün bunu edə bilərsiniz. Məsələn, belə: Sizi salamlamaqdan məmnunuq, Aleksey. Mən sizin menecer Marinayam. Aleksey, siz iki ay bundan qabaq, bizim saytımızda РСТ-123 Bruno adlı mətbəx blendirinə baxmışdınız.

Əgər siz onu almaq istəyirsinizsə, lap yaxşı, amma şübhələriniz varsa, o halda sizin məişət texnikamız ilə bağlı istənilən sualınıza cavab verə bilərəm. CRM ilk növbədə istifadəçinin özünə maraqlı olan məlumatları əldə etməyə kömək edir. Yalnız bundan sonra, reklamverənin maraqları nəzərə alınır. Belə ki, reklamverənlərin özünə də maraqlıdır ki, onlar potensial müştərilərinə daha maraqlı, keyfiyyətli və faydalı kontent göndərsinlər. Fərdiləşdirilmiş və keyfiyyətli kontent müştəri loyallığını artırır, bu isə satışların artmasına və istehlakın formalaşmasına gətirib çıxarır. Məsələn, istifadəçi bilmədiyi məhsul haqqında reklamı 1, 10, 20 dəfə görür və düşünməyə başlayır. Əgər ona ehtiyacım olarsa, onun haqqında yetərincə informasiya varmı? Ya da onu alaram mı? Məhz potensial müştərinin beynində belə sualları yarandırmaq CRM-marketinqin son vəzifəsidir. Amma ciddi bir nüans var, o da məlumatların çox tez köhnəlməsidir. Ona görə də, indi biz istifadəçinin hərəkətlərini bir neçə addım irəli hesablamalı, onun maraqlarında dəyişikliklərin dinamikasını izləməliyik. Ona görə də, 2019-2020-ci illərin qovşağında proaktiv CRM marketinqin doğulduğunun şahidi oluruq.

Veb-analtika

Veb-analtika daha çox proqnozlaşdırılan olur, o nəticələrin və hərəkətlərin qeydə alınması ilə deyil, onların proqnozlaşdırılması ilə işləyir. Business Insider nəşrinin məlumatına görə, 2022-ci ilə qədər proqnoz analitik proqram əlavələri bazarı 20,4 milyard rubla çatacaq və bu proses dayanmayacaq.

Marketinq,
03.03.2020 15:53 87
Teqlər: İqtisadiyyat.Az, marketinq,