Logo

A-Qroup sığorta haqlarında 100% artım


A-Qroup şirkəti sığorta haqlarının artımını bir daha nümayiş etdirdi.

2020-ci il yanvar ayının nəticələrinə görə, sığorta haqlarının ümumi həcmi 1 777 142,78 manat təşkil edərək, 2019-cu ilin yanvar ayı ilə müqayisədə 100% artıb.

1634.765.97 manatla şirkətin ümumi gəlirinin əsas hissəsini həmişə olduğu kimi, könüllü tibbi sığorta növü təşkil edib ki, bu da öz növbəsində 2019-cu ilin yanvar ayı ilə müqayisədə 105% artım deməkdir.

On minlərlə insan əmlakını, avtomobilini və ən önəmlisi sağlamlığını A-Qroup-a etibar edir! Sığorta olunanların sağlamlığının qorunması, hərtərəfli tibbi xidmətin təşkili artıq demək olar ki, 25 ildir ki, A-Qroup şirkətinin dəyişməz prioritetinə çevrilib və belə qalmaqda davam edir.

Xatırladaq ki, 2019-cu ildə 200-dən çox yeni şirkət A-Qroup-un korporativ müştərilər siyahısına qoşulub.

A-Qroup sığorta şirkəti dinamik inkişaf etməyə davam edir. Şirkət artıq 25 ildir ki, sığorta bazarında uğurla fəaliyyət göstərərək müştəri xidmətinin mükəmməlləşdirilməsinə, sığorta tələblərinin ödənilməsi vaxtının azaldılmasına və zərərin ödənilməsi prosesinin səmərəliliyinin artırılmasına diqqət yetirir. A-Qroup sığorta şirkəti fiziki və korporativ müştərilərə geniş sığorta spektri təqdim edərək 14 növ könüllü sığorta üzrə yüksək ixtisaslı xidmətlər göstərir.

Sığorta,
03.03.2020 15:37 305
Teqlər: İqtisadiyyat.Az, sığorta,