Logo

Vəzifəsinə yeni təyin olunmuş rəhbərin 6 səhvi


Bir tərəfdən, ruh yüksəkliyi yaşayırsınız, digər tərəfdən isə dəhşətə gəlirsiniz – yeni vəzifədə ilk 30 gündə yaşadığınız hisslər budur.

Siz hər şeyi məhv etmək istəmirsiniz. Çox güman ki, səhvlərdən qaçmaq üçün “Effektiv liderlik” və “Yüksək effektiv idarəetmə” kitablarını artıq oxumusunuz, Google-da “menecment 101” və “yeni vəzifədə ilk 30 gün” adlı axtarışlar etmisiniz.

Səmimi deyim ki, bu mütləq baş verəcəkdir. Siz bir, ya iki, ya iyirmi səhvə yol verəcəksiniz. Rəhbərlik etdikdə insanlar instinktiv hərəkət edirlər. Bu instinkt köhnə müdirlərimizin dəyər sisteminə və “məncə, bu nəticə verməlidir” fərziyyəsinə əsaslanır.

Watercooler onlayn platformada apardığımız müzakirələr və son altı ildə Know Your Team-ın köməyi ilə 15 min nəfərdən topladığımız məlumatlara əsaslanaraq, vəzifəsinə yeni təyin olunmuş rəhbərlərin ən çox etdiyi səhvləri müəyyən edə bildik.

№1: Yalnız qrup iclaslar keçirirsiniz, fərdi görüşlərdən qaçırsınız

Yeni bir rəhbər olaraq sizin bütün komanda qarşısında çıxış etmək imkanınız var. Hələki bir az həyəcanlısınız və həvəslə özünüz haqqında danışırsınız, hər şeyin yaxşılığa doğru dəyişəcəyini vəd edirsiniz. Bu yaxşıdır…Düzdürmü? O qədər də yox. Çalışın fərdi ünsiyyəti unutmayasınız. Sizin hər bir həmkarınız ilə ayrı-ayrılıqda qurduğunuz münasibət, bütövlükdə komandanın ruhuna təsir göstərir. İlk ayda fərdi görüşləri planlaşdırmağı unutmayın: əsas çətinliklər nədən ibarətdir? Onların problemləri, iş tərzi və üstünlükləri nədir?

№2: Çıxışınızı “Özünüzə dinləmək və öyrənmək icazəsini verin” ilə deyil, “Düşünürəm ki..” ifadəsi ilə başlayırsınız

Vəzifəsinə yeni gələn rəhbər istəyir ki, hər kəs onun planlaşdırma etdiyini bilsin. Biz tərəqqiyə can atırıq və buna görə məqsədimizə çatmağa kömək edəcək planı bölüşməyə çalışırıq. Buna baxmayaraq, bu meyllik ilk 30 gündə tamamilə əks nəticələrə səbəb ola bilər. Unutmayın ki, yeni rəhbər ilk növbədə yeni işçi sayılır. Buna görə də ətrafınızdakı insanların əhval-ruhiyyəsini, fikirlərini öyrənin. Siz müşahidə aparmalısınız, kontekstə uyğun hərəkət etməlisiniz. “Düşündüyüm budur” və ya “Edəcəyimiz budur” kimi ifadələrdən istifadə etməyin, suallar verin və dinləyir.

№3: Qarşılıqlı güvən formalaşdırmağa yox, hamının xoşuna gəlməyə çalışırsınız

Kim hamının xoşuna gəlmək istəməz ki? Əlbəttə ki, bu hamıya xoş olan bir hissdir. Lakin hamının xoşuna gəlmək istəyi sizə dürüst olmağa mane ola bilər. Biz hər şeyi olduğu kimi deməkdən çəkinirik və istədiyimiz tək şey başqalarının gözündə müsbət obraz yaratmaqdır. Özünüzə “Nə edim ki, komandanın xoşuna gəlim?” sualını vermək əvəzinə, “Komandanın güvənini qazanmaq üçün nə edə bilərəm?” sualını verməlisiniz. Güvən və simpatiya – bir-birindən fərqli şeylərdir. Simpatiya qazanmağa çalışmaq – öz eqonu qidalandırmaq deməkdir. İş fəaliyyətinizin ilk ayında hamının xoşuna gəlmək yox, komandanın rəğbətini qazanmaq məqsədini güdün.

№4: Analoji vəzifələrdə çalışan həmkarlarınız ilə danışmağı unutmusunuz

Digər insanlar da sizin kimi bu situasiyada bilərlər, unutmayın. Təşkilatda vaxtı ikən sizin kimi təcrübəsiz olmuş əməkdaşlarla ünsiyyət qurun. Onları kofe içməyə dəvət edin və öz təcrübələrini sizinlə bölüşmələrini xahiş edin: görüşləri necə keçirirdilər, şirkətin mədəniyyəti hansı özəlliklərə malikdir, ilk başlarda hansı problemlərlə rastlaşmaq ehtimalı var və s. Unutmayın ki, belə görüşlər başqalarının müdrikliyinə dəyər verdiyinizi göstərir.

№5: Hər bir əməkdaş üçün ayrılıqda deyil, komanda üçün yaxşı rəhbər olmaq arzusunu ifadə edirsiniz

Bu yaxınlarda konsultasiyalar keçirdiyim baş direktor ilə telefonda danışdım. O, vəzifəsinə yeni təyin olunub və mən ona məsləhət verdim. “Kler, siz bilirsiniz, komandama ən yaxşı rəhbər olmaq istədiyimiz söyləməyi planlaşdırırdım… Lakin sizin məsləhətiniz daha yaxşıdır: siz mənim onların hər biri üçün yaxşı rəhbər olacağımı təklif etdiniz. Bu fərq vacibdir”, – o mənə dedi. Ünsiyyətdə olduğunuz hər bir insanın özünəməxsus düşüncə tərzi, təcrübəsi və şəxsi keyfiyyətləri var. Əgər həqiqətən də yaxşı rəhbər olmaq istəyirsinizsə, həmkarların hər birini düşünün.

№6: “Mən bilmirəm” deməkdən qorxursunuz

Heç kim həmkarının onun bu vəzifəyə uyğun olmadığını düşünməsini istəmir, buna görə “Mən bilmirəm” deməkdən qorxuruq. Bizim fikrimizcə, bir şeyi bilməməyimiz xoşagəlməz nəticələrə səbəb ola bilər. Niyə? Çünki barışmaq məcburiyyətində olacağıq: vəzifəyə yeni təyin olunmuş bir menecer kimi siz heç nə bilmirsiniz. Bu mümkünsüzdür. Və hər kəs bunu bilir. Buna görə də, vəziyyətdən çıxmağa çalışmaq əvəzində, nəyisə bilmədiyinizi qəbul edin – və sonra, əlbəttə ki, onu öyrənin. Siz öyrənirsiniz. Sizin dürüstlüyünüz yaxşı nəticələrə nail olmağa kömək etməklə yanaşı, komandanın güvəninə layiq olduğunu göstərir.

Qəbul edin ki, ilk 30 gündə mükəmməl rəhbər ola bilməyəcəksiniz. Heç kim ola bilməz. Və “Bütün bunları necə yadda saxlayım axı!” təşvişinə düşmək yerinə, bütün proses boyu öyrənməyə hazır olun. Çox güman ki, bu siyahıda olmayan səhvlərə yol verəcəksiniz.

Bir-bir. Addım-addım

(banker)

Marketinq,
03.03.2020 22:55 98
Teqlər: İqtisadiyyat.Az, marketinq,