Logo

“Twitter”in əməkdaşları evdən işləyəcək - Koronavirusa görə


“Twitter” mikrobloq xidməti koronavirus epidemiyası səbəbindən əməkdaşlarını “uzaq iş rejimi”nə keçirib.

Bu barədə şirkətin açıqlamasında bildirilir.

Honkonq, Yaponiya və Cənubi Koreyadakı işçilər evdən işləyəcək. Digər ölkələrdə çalışanların ofisə gəlməsinə icazə verilir, lakin ofisdə olmağa ehtiyac yoxdursa, uzaqdan giriş prioritet hesab olunur.

Ofisə gəlmək məcburiyyətində qalanlar üçün isə bütün müəssisələrdə dərin təmizlik və dezinfeksiya işləri aparılır.

“Məqsədimiz kiminsə təsadüfən yoluxması və ya virusu yayması riskini azaltmaqdır. Özümüzü və başqalarını qorumaq, xəstəliyin yayılmasını minimuma endirmək üçün bu addımları atmağımız çox vacibdir”, - deyə “Twitter” şirkətindən bildirilib.

İKT,
03.03.2020 11:12 71
Teqlər: İqtisadiyyat.Az, İkt,