Logo

6 sığorta şirkəti yığdığının yarıdan çoxunu – GERİ ÖDƏYİR


Azərbaycanda 6 sığorta şirkəti topladığı sığorta haqqının yarıdan çoxunu ödəniş imi müştəriyə qaytarır.

İqtisadiyyat.Az xəbər verir ki, 2020-ci ilin yanvar ayında ölkənin sığorta bazarında 111 milyon 550 min manatlıq sığopta haqqı toplanıb, 26 milyon 115 min manat sığorta ödənişi verilib. Başqa sözlə, bazarda toplanan hər 100 manat sığorta haqqının 23 manatı müştərilərə ödəniş edilib.

Ödənişlərin həcminə görə ən yüksək göstərici fəaliyyətini dayandırmaq üzrə olan "AXA" şirətindədir. Bu şirkət yeni müqavilə bağlamadığına görə, ödənişlərinin həcmi yığımlarını 65 dəfə üstələyib.

Normal fəaliyyət göstərən şirkətlərə gəlincə, yığdığı sığorta haqqı müqabilində ən çox ödəniş edən şirkətlər "Paşa Həyat Sığorta" (ödəniş yığım nisbəti 68,8%), "Atasığorta" (64,8%), "Qala Həyat" (58,8%), "Azsığorta" (55,5%) və "Atəşgah Həyat" (53,9%) şirkətləridir. 

Ölkədə sığorta haqqının yığımına görə lider olan (bütün sığorta haqlarının yarıdan çoxunu toplayır) "Paşa Sığorta" şirkətində isə ödəniş-yığım nisbəti oljuqca aşağıdır və cəmi 9,6% təşkil edir.(FED.az)

Sığorta,
03.03.2020 10:47 129
Teqlər: İqtisadiyyat.Az, sığorta,