Logo

Süni intellektə Azərbaycan dili “öyrədiləcək”


"Süni intellekt strategiyası"nın hazırlanmasında bizim qarşımızda duran əsas məsələ süni intellektə Azərbaycan dilini başa düşməyə kömək etməkdir”.

“Report” xəbər verir ki, bunu “Microsoft Azerbaijan”ın yeni baş menecer Qaçay Mirzəyev şirkətin Azərbaycan üçün hazırladığı “Süni intellekt strategiyası” ilə bağlı sualları cavablandırarkən deyib.

O əlavə edib ki, əgər tələblər yerinə yetirilsə 2 ay ərzində süni intellekt Azərbaycan dilini tanıya bilər: "Bunun üçün bizə həm Azərbaycan, həm də ingilis dilinə ekvivalent olan minimum 3 milyon cümlə lazımdır. Əgər biz bunu təşkil edib "Microsoft"a təqdim edə bilsək 2 ay ərzində şirkət süni intellektə Azərbaycan dilimi tanımağı öyrədəcək. Bu o deməkdir ki, istənilən təhsil müəssisəsi, biznes, dövlət qurumu süni intellektdən istifadə edə biləcək. Təsəvvür edin ki, sizin böyük bir arxiviniz var və orada 10 minlərlə sənəd yatıb qalıb. Süni intellekt Azərbaycan dilinə anlasa, həmin sənədləri skan edib ona oxutmaq olar.

Hazırda Təhsil Nazirliyi ilə bu layihəyə başlamışıq. Əgər sənin ölkənin dilini süni intellekt tanımırsa, sən ondan ancaq rəqəmlər üçün istifadə edə bilərsən. Növbəti mərhələlərdə isə nitqin tanınması və yaxud daha ciddi yerlərdə süni intellektin tətbiqi məsələlərinə baxmaq olar”. 

İKT,
02.03.2020 16:40 114
Teqlər: İqtisadiyyat.Az, İkt,