Logo

"Microsoft Azerbaijan"dan "Windows 10" açıqlaması


“Azərbaycanda kompüter istifadəçilərinin 40%-i “Windows 7” əməliyyat sistemindən istifadə edir”.

Bunu “Microsoft Azerbaijan” şirkətinin yeni baş menecer Qaçay Mirzəyev deyib.

Onun sözlərinə görə, hazırda şirkət həmin əməliyyat sisteminin istifadəçilərini ona texniki dəstəyin başa çatması barədə məlumatlandırmaqla məşğuldur: "Bildiyiniz kimi, bu il yanvarın 14-dən “Windows 7” dəstəklənmir. Şirkətlərin və insanların bunu nəzərə alması bizim marağımızdadır. Bir məsələni də nəzərə almaq lazımdır ki, "Windows 10”u 5-7 əvvəlin köhnə kompüterlərinə quraşdırmaqla heç də onun bütün imkanları aktivləşmir. Müasir kompüterlər "TPM chip"lə gəlir, üzərində biometrikası var və yaxud kamerası "intelsense"i dəstəkləyir ki, bu da üztanıma imkanları verir. Bütün bunlar isə "Windows 10"un bütün təhlükəsizlik imkanlarından istifadə etməyə şərait yaradır. Amma köhnə kompüterlərdə bunlar yoxdur. Ona görə, insanlara tövsiyə edirik ki, buna təkcə “Əməliyyat sistemimi dəyişdim, təhlükəsizlik şəraitindəyəm”, kimi deyil, bir investisiya kimi baxsınlar, "hardware" olaraq kompüterlərini də yeniləsinlər".

(Report)

İKT,
02.03.2020 16:37 83
Teqlər: İqtisadiyyat.Az, İkt,