Logo

Bakının qəsəbə və kəndlərində - "KUPÇA" VERİLƏCƏK


Mart ayı ərzində Bakı şəhərinin kənd və qəsəbələrində əmlakın qeydiyyatı ilə bağlı kampaniya aparılacaq.

ƏMDK-dən verilən məlumata görə, müxtəlif səbəblərdən ərazi ofislərinə müraciət edə bilməyən şəxslər “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində qeydiyyat xidmətindən birbaşa ünvanlarında yararlana biləcəklər.

Səyyar xidmət 2-6 mart tarixlərində Qaradağ rayonu, Lökbatan qəsəbəsində təşkil ediləcək. Sakinlərin xidmətdən çevik və rahat istifadəsinə imkan yaradan mobil qeydiyyat ofisi Lökbatan qəsəbəsi, 28 May və Nizami küçələrinin kəsişməsində (125 N-li avtobusun son dayanacağı) olacaq.

Daşınmaz əmlakın səyyar qeydiyyatı Lökbatan qəsəbindəki fərdi yaşayış evlərini, torpaq sahələrini, qeyri-yaşayış sahələrini əhatə edəcək.

Xidmətdən istifadə etmək istəyənlər daşınmaz əmlak qeydiyyatı üzrə sənədlərin qəbulu, hüquqi yardımın göstərilməsi və suallarının cavablandırılması üçün saat 10:00-dan 17:00-dək səyyar ofisə müraciət edə bilərlər.

Əmlak,
02.03.2020 12:00 474
Teqlər: İqtisadiyyat.Az, əmlak,