Logo

Bakıdan Dubaya uçan təyyarə geri qayıtdı


“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün saat 10:12-də Bakıdan Dubaya yola düşən J2-011 nömrəli reysində hava gəmisinin kapitanı geri qayıtmaq qərarı verib.

Kapitan Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş üçün icazə istəyib.

AZAL-ın yaydığı xəbərə görə, planlaşdırılmamış eniş texniki səbəblərə görə baş verib.

Təyyarə saat 10:44-də Bakının aeroportunda uğurlu eniş edib.

Turizm,
02.03.2020 11:15 68
Teqlər: İqtisadiyyat.Az, turizm,