Logo

Koronavirus Avropanın əsas iqtisadiyyatını zəiflədir


Avropanın əsas iqtisadi gücü olan Almaniyada Ümumi Daxili Məhsul (ÜDM) artım tempi verilən proqnoza çatmaya bilər.

“Reuters”in yaydığı xəbərə görə, bunu Almaniya Mərkəzi Bankının rəhbəri Yens Veydman deyib.

Onun açıqlamasına görə, bu göstərici koronavirusun yayılması qorxusu səbəbindən ötən ilin sonundan azalıb.

“Ümumiyyətlə, bu il iqtisadi artım ekspertlərimizin dekabr ayında təxmin etdikləri rəqəmdən bir qədər aşağı ola bilər”, - deyə o qeyd edib.

2019-cu ilin sonunda ÜDM göstəricisi yarıya enərək 0,6 faiz azalıb.

Bu koronavirus təhlükəsi ilə əlaqələndirilir, virus yayılmağa davam edərsə, alman sənayesi təhlükə altına düşəcək.

Sosium,
28.02.2020 17:42 93
Teqlər: İqtisadiyyat.Az, sosium,