Logo

BŞİH bağçalarla bağlı müşavirə keçirəcək - Koronavirusa görə


Koronavirus xəstəliyi səbəbindən Azərbaycanın məktəbəqədər təhsil müəssisələrində davamiyyət aşağı düşüb.

Valideynlər azyaşlıları bağçalara göndərməkdən imtina edirlər.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov Modern.az-a açıqlamasında bildirib ki, yaxın günlərdə yayılan xəbərlərə aydınlıq gətiriləcək:

“Hazırda məktəbəqədər təhsil müəssisələrində davamiyyət barədə konkret bir söz deyə bilmərəm. Gələn həftə məktəbəqədər təhsil müəssisləri ilə bağlı İcra Hakimiyyətində müşavirə keçiriləcək. Güman ki, bu məsələlər də orada müzakirə olunacaq”.

Sosium,
28.02.2020 17:02 59
Teqlər: İqtisadiyyat.Az, sosium,