Logo

“Bakubus” MMC-nin qarajında avtobuslarda dezinfeksiya işləri aparılıb - FOTO


“Bakubus” MMC-də avtobuslarda kəskin resporator xəstəliklərə qarşı dərmanlama işləri aparılır.

Qanunvericiliyə uyğun olaraq, iki aydan bir həmin sərnişin avtobuslarında dezinfeksiya işləri aparılır. Aparılan bu işlər kəskin respirator xəstəliklərə qarşı qabaqlayıcı xarakter daşıyır.

Bakı Nəqliyyt Agentliyinin mətbuat Xidmətinin rəhbəri Mais Ağayevin APA-ya verdiyi məlumata görə, hazırda koronovirusla bağlı müvafiq səhiyyə qurumlarının tövsiyəsi olarsa, bu işlər mütəmadi həyata keçiriləcək.

Qeyd edək ki, müvafiq işlər sərnişinlərin narahatlığına səbəb olmaması üçün gecə aparılır.

Nəqliyyat,
28.02.2020 09:22 59
Teqlər: İqtisadiyyat.Az, nəqliyyat,