Logo

Koronavirusa qarşı xüsusi kostyum hazırlandı - FOTO


Çinli memar Sun Dayonq koronavirusdan qorunmaq üçün xüsusi kostyum layihələşdirib.

“Dezeen” agentliyi xəbər verir ki, kostyum qızaraq ultrabənövşəyi şüa vasitəsilə ətrafı sterilizasiya edir.

İxtira “Be a Bat Man” (“Yarasa İnsan ol”) adlanır. O, faktiki olaraq, bel çantası kimi, çiyinlərdə bərkidilən iki dayaqdan ibarətdir. Onların arasında bir plyonka çəkilir. Qalxanı xatırladan cihaz qızaraq ətrafındakı hər şeyi ultrabənövşəyi şüalanma ilə sterilizasiya edir.

Hələlik cihazın ideyası kağız üzərində qalır, amma memar mühəndislərin köməyilə onu reallığa çevirə biləcəyinə ümid edir.

Dünya,
27.02.2020 17:56 313
Teqlər: İqtisadiyyat.Az, dünya,