Logo

İstefaya buraxılan generallar bu yüksək vəzifədə idilər


Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə istefaya buraxılan hərbçilər Dövlət Sərhəd Xidmətinin (DSX) generallarıdır.

İqtisadiyyat.Az-ın xəbərinə görə, istefaya buraxılanlardan general-leytenant Asif Cəbrayılov DSX rəisinin müavinidir.

General-leytenant Əsgər Xəlilov isə Sərhəd Qoşunlarının komandanıdır. Eyni zamanda o, DSX rəisinin müavini vəzifəsini tuturdu.

İstefaya buraxılan Fərhad Tağı-zadə də DSX rəisinin müavinidir.

Xatırladaq ki, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında sərəncam imzalayıb. 

Sərəncamda bildirilir ki, Asif Cəbrayılov, Əsgər Xəlilov və Fərhad Tağı-zadə hərbi geyim formasını daşımaq hüququ verilməklə, Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən istefaya buraxılsınlar.

Sosium,
27.02.2020 16:03 141
Teqlər: İqtisadiyyat.Az, sosium,