Logo

Unilever uşaqları hədəfləyən qida reklamlarını dayandıracaq


2020-ci ilin sonundan etibarən tətbiq olunacaq qərar ilk dondurma kateqoriyasına toxunacaq.

Ümumdünya Sağlamlıq Təşkilatının (ÜST) məlumatına görə, 21-ci əsrin ən ciddi sağlamlıq problemləri arasında uşaqlarda görülən piylənmədir.

Fins.az xəbər verir ki, Unilever bu problemlə mübarizə aparmaq üçün özünün uşaqlara xitab olunan marketinq və reklam fəaliyyətlərinə yenidən baxıb.

FMCG nəhənginin açıqlamasına görə, yemək və içki kateqoriyasında ənənəvi mediada 12 yaşdan kiçik uşaqlar, sosial mediada isə 13 yaşdan kiçik uşaqlara xitab olunan marketinq və reklam fəaliyətləri dayandırılacaq.

Yeni qərarın tətbiqinə isə 2020-ci ilin sonundan etibarən başlanacaq. Influencer, məşhur, ya da sosial media ulduzları ilə əsas hədəfi 12 yaşdan kiçik uşaqlar ilə heç bir əməkdaşlıq edilməyəcək.

Unilever cizgi film personajlarından istifadəyə də məhdudiyyət qoyacaq. Satış nöqtəsi materiallarında bəzi cizgi film personajları görünsə də, bunlar yalnız spesifik qida profilinə sahib məhsullar ilə sərhədlənəcək.

İlk addım dondurma kateqoriyasında atılacaq

Unilever-in uşaqlara xitab edən kampaniyalarında məhdudiyyətlər elə birinci növbədə dondurma kateqoriyasına toxunacaq. Wall’s-ın tərkibinə (Türkiyədə Algida) daxil olan Max, Paddle Pop, Twister kimi markalar “Responsibly Made for Kids” öhdəliyinə sahib ilk qlobal donrudma markası olacaq.

“Responsibly Made for Kids”in isə dondurma üzrə üç prinsipi isə qısaca belədir:

1. Məsuliyyətli kommunikasiya: Reklam fəaliyyətlərində uşaqlara deyil, uşaqların hansı məhsullardan istifadəsinə qərar verən valideynlər və dayələrə xitab ediləcək.

2. Məsuliyyətli satış: Satış nöqtəsi kommunikasiyanı əhatə edir. Unilever, dondurma məhsullarının qablaşdırma və qiymət etiketlərinə Responsibly Made for Kids loqosu yerləşdirəcək.

Böyüklər hansı məhsulların uşaqlar üçün hazırlandığını beləcə rahatlıqla öyrənə biləcəklər. Və alış qərarlarını verən zaman bu məlumatı nəzərə almalı olacaqlar.

2020-ci ilin sonundan etibarən dondurma məhsullarının heç birinin kalorisi 110-u keçməyəcək. Şəkər miqdarı isə adam başına 12 qram ilə məhdudlaşdırılacaq.

Marketinq,
20.02.2020 11:09 97
Teqlər: İqtisadiyyat.Az, marketinq,