Logo

Bakıda torpağın və bağ evlərinin qiyməti dəyişdi


Bakıda ötən ay ərzində torpağın və bağ evlərinin qiyməti azalıb.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

N.İbrahimov bildirib ki, yanvar ayında topraq bazarında qiymətlərdə azalma 3.35 faiz təşkil edib, il ərzində isə 0.6 faiz artım olub.

Ekspertin sözlərinə görə, bağ evlərinin qiymətində ay ərzində azalma 6.96 faiz olub, il ərzində isə 8.1 faiz artım qeydə alınıb.

N.İbrahimov vurğulayıb ki, fərdi yaşayış evlərinin qiymətində ay ərzində artım 2.52 faiz təşkil edib, il ərzində isə artım 1.39 faiz olub.

Əmlak,
20.02.2020 09:31 582
Teqlər: İqtisadiyyat.Az, əmlak,