Logo

Bahalı PR şirkətləri yox olmağa davam edəcək


Əcnəbi ölkələr ilə müqayisə edincə Türkiyədəki PR büdcələri (markanız qlobal miqyaslı və ya büdcəsi yüksək bir marka deyilsə) bir az aşağıda, hətta gülməli görünür. Ancaq bu yenə də şirkətlərin nəzdində PR-a ayrılan büdcələrin artmasının labüd olduğu həqiqətini dəyişmir. Söhbət PR-dan gedirsə, əl ilə tutula bilən işi görməyən markalar, ödənilən hər qəpik və atılan hər addımı sorğulamağa başlayırlar. Burada həqiqət payı varmı? Bəlkə də...

Başlığa dönək: bahalıq əslində olduqca nisbi bir konsepsiyadır. Çünki büdcəniz varsa, bahalı bir agentliklə, yoxsa büdcənizin imkan verdiyi agentliklə çalışırsınız. Əslində siz agentlik ilə deyil, agentliyin içindəki insan resursları ilə çalışırsınız, onlardan xidmət alırsınız.

2019-cu idə PR şirkətlərinin ümumi mənzərəsinə baxdıqda-lokal və qlobal baxımdan -şirkətlərin bir çox işçisini göz görə görə itirdiyini görürük. Buradakı göz görə görə ifadəsi isə olduqca talesiz və acı verirci bir ifadədir. Bu əgər bir trenddirsə, 2019-cu ildə və sonrakı illərdə bunun davam edəcəyinin müjdəsini (ironiya ilə deyilib-red.) də verməliyik!

PR başlığı altında danışılacaq mövzular çoxdur, bu da onlardan biridir, fəqət dərinlərə enməyəcəyik. Ətrafında dolanmağımız belə mövzunun əhəmiyyətini ortaya qoyur. Bu şirkətlər ixtisaslı kadrlarını itirirlər, eyni zamanda da daha kiçik PR firmalarını alırlar, bir növ böyüyərək hackleme strategiyası yerinə yetirirlər. Bu startegiyanın altında isə bu mətn yatır. “Biz qlobal və ya yerli bir PR agentliyi olaraq bahalı büdcələrə çalışırıq, ancaq satın aldığımız və öz sahəsindəki bu kiçik, butik PR agentlik ilə gücümüzü birləşdirib, onların tərkibindəki markalara qlobal vizyonumuzla xidmət verəcəyik”.

Xeyr! Heç də elə olmur, çünki sənin qlobal vizyonun, eyni zamanda qlobal büdcəni də yanında gətirir. O qlobal vizyon isə yerli ehtiyaclardan uzaqdır. Odur ki, yerli oyunçu olmaq üçün güclü münasibətlər lazımdır.

Yazını tam şəkildə buradan oxuya bilərsiniz. (Fins.az)

Marketinq,
19.02.2020 14:49 146
Teqlər: İqtisadiyyat.Az, marketinq, reklam,