Logo

Microsoft Word, Excel və PowerPoint üçün tək platforma yaratdı


Microsoft özünün klassik ofis xidmətləri olan Word, Excel və PowerPoint-i Android qajetləri üçün bir platformada birləşdirib. Yeni xidməti artıq rəsmi Google Play mağazalarından yükləmək olar.

Fins.az xəbər verir ki, kompaniya ona görə belə bir qərar aldı ki, istifadəçilər şirkətdən xahiş edirdilər ki, onlar bu ofis prqramlarını, yəni Word, Excel və PowerPoint-i ayrı-ayrı yükləmək istəmirlər.

İndi bütün üç xidməti bir klik ilə yükləmək olar, eyni zamanda şirkət ofis proqramlarını ayrı-ayrı yükləmək imkanı da tanıyır.

Bildirilir ki, əlavədə Word, Excel və PowerPoint-də sənədlərin redaktə imkanından başqa, cib skaneri olan Office Lens də var, bu isə istifadəçilərə sənədlərin rəqəmsal sürətlərini yaratmağa imkan verir.

Xatırladaq ki, Microsoft Android üçün Office proqramlarının birləşdirilməsi ilə bağlı test işlərinə 2019-cu ilin noyabrında başlayıb. Elə həmin ayda Office Insider proqramının istifadəçiləri üçün ilkin versiyanı hazırlanmışdı.

 

Marketinq,
19.02.2020 22:26 190
Teqlər: İqtisadiyyat.Az, marketinq,