Logo

Bakıda mənzillərin qiyməti bahalaşıb - SƏBƏB AÇIQLANDI


Ötən ay Bakıda həm ilkin, həm də təkrar mənzil bazarında qiymət artımı baş verib.

İqtisadiyyat.Az xəbər verir ki, "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib ki, ötən ay ərzində təkrar mənzil bazarında 1.14 faiz artım qeydə alınıb.

Ekspertin sözlərinə görə, il ərzində isə təkrar mənzi bazarında qiymət 1.72 faiz azalıb.

N.İbrahimov vurğulayıb ki, ilkin mənzil bazarında ay ərzində artım 7.49 faiz, il ərzində isə 1.68 təşkil edib: "İlkin mənzil bazarında qiymət artımı struktur dəyişikliyi ilə bğlıdır. Son zamanlar ilkin mənzil bazarında tikintinin həcmində qismən azalmalar var. Yəni təklif portfelində azalma var və alıcılar daha çox ucuz mənzilləri alır, bahalı mənzillər isə porfteldə qalır. Bu da qiymət artımına səbəb olur”.(FED.az )

Əmlak,
14.02.2020 15:17 697
Teqlər: İqtisadiyyat.Az, əmlak,