Logo

Vilayət Eyvazov polkovnik-leytenantı işdən çıxardı


Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

İqtisadiyyat.Az-ın məlumatına görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, DİN-in Nəqliyyatda Baş Polis İdarəsinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Şadəm Hüseynov vəzifəsindən azad edilib.

Ş.Hüseynov xidmətdə olmanın yaş həddi ilə bağlı təqaüdə göndərilib. 

Sosium,
14.02.2020 15:05 53
Teqlər: İqtisadiyyat.Az, sosium,