Logo

İrana gedən Azərbaycan vətəndaşlarının sayı kəskin artıb - RƏSMİ


2020-ci ilin yanvar ayında Azərbaycana dünyanın 136 ölkəsindən 226,2 min və ya 2019-cu ilin yanvar ayı ilə müqayisədə 18,1% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Yeniavaz.com açqılanan rəsmi məlumatlara istinadən bildirir ki, gələnlərin 30%-i Rusiya, 28,2%-i Gürcüstan, 10,6%-i Türkiyə, 5,8%-i İran, 3,2%-i Səudiyyə Ərəbistanı, 2,3%-i Birləşmiş Ərəb Əmirlikləri, 2,1%-i Hindistan, hər birindən  1,8% olmaqla Ukrayna və Küveyt, hər birindən 1,4% olmaqla Qazaxıstan və Pakistan, 1,1%-i Türkmənistan, 0,9%-i İraq, hər birindən 0,8% olmaqla Böyük Britaniya və İsrail, 7,7%-i digər ölkələrin vətəndaşları, 0,1%-i isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 71,1%-ini kişilər, 28,9%-ini isə qadınlar təşkil edib.
2019-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 21,5% artaraq 433,7 min nəfər olub. Ölkə vətəndaşlarının 38,1%-i (165 min nəfər) İrana, 29,9%-i (130 min nəfər) Gürcüstana, 16,8%-i (73 min nəfər) Rusiyaya, 9,7%-i (42 min nəfər) Türkiyəyə, 1,1%-i Ukraynaya, 1%-i Birləşmiş Ərəb Əmirliklərinə, 3,4%-i isə digər ölkələrə səfər edib. Gedənlərin 67,4%-ini kişilər, 32,6%-ini qadınlar təşkil edib.
Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 32,2%, Gürcüstana gedənlərin sayı 29,9%, Türkiyəyə gedənlərin sayı 15,9% artıb, Rusiyaya gedənlərin sayı isə 2,1% azalıb.

Sosium,
14.02.2020 13:35 43
Teqlər: İqtisadiyyat.Az, sosium,