Logo

Antarktidada anomal istilər müşahidə olunur


Braziliyalı alimlər Antarktidada yeni temperatur rekordunu qeydə alıblar.

“The Guardian” xəbər verir ki, Seymur adasında havanın temperaturu +20,75 dərəcəsinədək yüksəlib.

Qeyd etmək lazımdır ki, fevralın altısı argentinalı alimlər “Esperanta” bazasında havanın temperaturunun +18,3 dərəcəsinə qalxmasını təsbit etmişdilər.

Məlumata əsasən, isti hava Antarktidanın bütün bölgələrində qeydə alınıb.

Qeyd etmək lazımdır ki, Ümumdünya Meteoroloji Təşkilatı bu qeydləri təsdiq etməlidir.

Dünya,
14.02.2020 12:02 29
Teqlər: İqtisadiyyat.Az, dünya,