Logo

Kartof idxalında kəskin artım var - Qiymətlər də bahalaşıb


2019-cu ildə Azərbaycana xaricdən 193 min 17 ton kartof gətirilib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, kartof idxalı 2018-ci illə müqayisədə 27,6% və ya 41 min 785 ton artıb.
İdxal olunan kartofun gömrük dəyəri ümumilikdə 51,8 milyon dollar olub. Bu isə o deməkdir ki, xaricdən gətirilən kartofun 1 kiloqramının gömrük dəyəri 46 qəpik (27 sent) olub.
Məlumat üçün bildirək ki, 2018-ci ildə idxal olunan kartofun 1 kiloqramının gömrük dəyəri 43 qəpik (25 sent) olub.
 

Biznes,
14.02.2020 12:00 118
Teqlər: İqtisadiyyat.Az, biznes,