Logo

Paytaxt yollarında sürət həddi endirildi


Bakının əsas magistral avtomobil yollarında sürət həddi azaldılıb. 

İqtisadiyyat.Az xəbər verir ki, hazırda paytaxtda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava Limanı-Bilgəh və Zığ dairəsi-Hava limanı avtomagistrallarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. 

Məqsəd hərəkətin təhlükəsizliyini təmin etməkdir.

Sürücülərə hərəkətdə olan zaman sürət həddinə əməl etmələri və metereoloji amilləri nəzərə almaları tövsiyə edilir.

Nəqliyyat,
14.02.2020 10:41 90
Teqlər: İqtisadiyyat.Az, nəqliyyat,