Logo

“Toyota” və “Lexus” 700 minə yaxın avtomobili geri çağırır


Yaponiya avtokonserni “Toyota” və “Lexus” ABŞ-dan 700 minə yaxın avtomobili təhlükəli qüsura görə geri çağırır.

Fins.az xəbər verir ki, bu, 2018-2019-cu illərdə istehsal edilən avtomobilləri əhatə edir. Bu barədə “FoxNews” nəşri məlumat verib.

Məlumata görə, çağırış “Toyota”nın “4Runner”, “Camry”, “Highlander”, “Land Cruiser”, “Sequoia”, “Sienna”, “Tacoma”, “Tundra”, “Avalon” “Corolla” 2019-cu il və “Lexus”un “LS 500”, “LC 500”, “RC 350”, “RC 300” modellərinə şamil edilir.

Həmçinin məlumatda, bu markalarda yanacaq pompasının işini dayandırması, mühərrikin fəaliyyətində fasilələrin yarana biləcəyi və qəfildən avtomobilin dayanacağı deyilir. Bu cür nasazlıq maşının sürücüsünə, sərnişininə zərər verə bilər və yaxud da qəzaya səbəb ola bilər.

“Toyota” qüsuru şirkətin hesabına, avtomobil sahiblərinə ödənişsiz təmir ediləcəyinə söz verib.

Avto,
17.01.2020 22:32 66
Teqlər: İqtisadiyyat.Az, avto,