Logo

“Həzi Aslanov” metrostansiyasının eskalatoru sökülür


“Həzi Aslanov” stansiyasının “ET-5M” tipli 1 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb.

"Bakı Metropoliteni" QSC-dən verilən məlumata əsasən, müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 150.000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır.

Bildirilir ki, təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq.

Eskalatorların yenidən istismara verilməsi may ayına planlaşdırılır.

Qeyd edək ki, bu eskalatorda əsaslı təmir işləri ilk dəfə aparılır.

Nəqliyyat,
15.01.2020 16:28 41
Teqlər: İqtisadiyyat.Az, nəqliyyat,