Logo

Son 8 ildə Azərbaycana nə qədər avtomobil gətirilib? - İllər üzrə rəqəmlər


Yola saldığımız 2019-cu ildə Azərbaycana xaricdən 47 710 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.
Yeniavaz.com Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu, 2018-ci illə müqayisədə 18 834 ədəd və yaxud 65% çoxdur. Hesabat dövründə əsasən adamların daşınması üçün nəzərdə tutulan minik avtomobillərinin idxalı 65% artaraq 43 156-ya yüksəlib.
Bundan başqa ötən il 547 ədəd sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 3 780 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 227 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitələri idxal olunub.
Son 8 ildə - 2012-2019-cu illərdə avtomobil idxalı bu cür olub:

İllər Avtomobillər
(ədəd)
2012-ci il 101 255
2013-cü il 104 385
2014-cü il 63 368
2015-ci il 26 785
2016-cı il 5 746
2017-ci il 13 098
2018-ci il 28 876
2019-cu il 47 710
Avto,
14.01.2020 17:49 41
Teqlər: İqtisadiyyat.Az, avto,