Logo

Ötən il Gürcüstanın xarici ticarət dövriyyəsi 12 mlrd dollardan çox olub


Ötən il Gürcüstanın xatici ticarət dövriyyəsinin həcmi 12 mlrd. 834,7 mln. dollar təşkil edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

İllik müqayisədə qonşu ölkənin xarici ticarət dövriyyəsi 2,7% artıb.

Hesabat ilində Gürcüstanın ixracı illik müqayisədə 12,4% artaraq 3 mlrd. 771,5 mln. dollar, idxalı isə 0,8% azalaraq 9 mlrd. 063,2 mln. dollara bərabər olub.

2019-cu ildə qonşu ölkənin ticarət kəsiri 5 mlrd. 291,8 mln. dollar olub ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 41,2% təşkil edib. 

Biznes,
14.01.2020 12:22 410
Teqlər: İqtisadiyyat.Az, biznes,