Logo

Məşhəd-Bakı aviareysi üzrə birbaşa uçuşlara başlanılıb


Bu gündən etibarən Məşhəd-Bakı sərnişin aviareysi üzrə birbaşa uşuşların yerinə yetirilməsinə başlanılıb.

İqtisadiyyat.Az xəbər verir ki, qeyd olunan aviareys həftədə iki dəfə olmaqla – 1-ci və 4-cü günlər həyata keçiriləcək. Bu planın icraçısı “Bakustar” şirkətidir. Şirkəti bu gündən etibarən Azərbaycan Respublikasının bütün sərnişinlərinə öz aviaxidmətlərini təklif etməyə başlayıb.

“Uçuşlar İran və Azərbaycan arasında əlaqələrinin daha da inkişafı üçün təşkil edilib”, - deyə Səfirlikdən bildirilib.(Apa.az)

Nəqliyyat,
12.12.2019 12:18 39
Teqlər: İqtisadiyyat.Az, nəqliyyat,