Logo

SON DƏQİQƏ: “Xəzər” Televiziyasının rəhbəri DƏYİŞDİRİLDİ?


“Xəzər” Televiziyasında təhvil-təslim işləri gedir...

İqtisadiyyat.az xəbər verir ki, konkret.az-ın redaksiyasına daxil olan məlumata görə, kanala yeni müavin təsdiq edilib. Və telekanalın rəhbəri Şamxal Həsənovun tezliklə işdən kənarlaşdırılacağı deyilir.

“Xəzər”TV-də artıq təhvil-təslim işlərinə də start verilib və bəzi əşyaların daşınmasına başlanılıb.

Qeyd edək ki, Şamxal Həsənov Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun oğludur. Və onun mətbuat və televiziya təcrübəsi olmadığı halda uzun illər belə məsuliyyətli vəzifəni hansı əsaslarla tutması ilə bağlı mətbuatda əsaslı yazılar dərc edilirdi.

İKT,
07.12.2019 13:03 827
Teqlər: