Logo

Bolkart barədə nəyi bilmirsiniz? -BANK ƏN VACİB MƏLUMATLARI BÖLÜŞÜR


Müştərilərin rahatlığını təmin etmək məqsədilə “Bank of Baku” alternativ kanallar vasitəsilə kredit məhsullarına müraciət imkanlarını təqdim edir.

Fins.az "Bolkart"-ın üstünlükləri və müştəriləri maraqlandıran əsas xüsusiyyətləri ilə bağlı suallara aydınlıq gətirir

Bolkart -ın ən çox hansı xidmətindən istifadə olunur?

2 əsas funksiyası var: Taksit və kredit kartı kimi bütün dünyada istifadəsi mümkün olan həm ödəniş, həm nağdlaşdırma funksiyaları. Bütün xidmətlərdən demək olar ki, müştərilər istifadə edir.

Bolkart-ın limiti nəyə əsasən təyin olunur?

Bolkart limitləri müştərinin müraciəti nəzərə alınaraq müştərinin gəlirləri əsasında təyin edilir.

Bolkart-ın məbləği sonradan artırıla və ya azaldıla bilərmi?

Bəli, Müştərilərimiz Bolkartın limitini istənilən zaman artıra və azalda bilər. Limitin artırılması və azaldılması müştəri müraciəti əsasənda həyata keçirilir. Limitin artırılması zamanı müştərinin müracətinə əsasən onun gəlirləri təhlil edilir və yeni limit təyin edilir.

Bolkart üzrə borc öhdəlikləri necə yaranır və öhdəliklər vaxtında yerinə yetirmədiyində nə baş verir?

Bolkart üzrə borc öhdəlikləri kartın limitindən istifadə edildikdə yaranır. Öhdəliklərin vaxtlı vaxtında yerinə yetirilməməsi baş verdiyi hallarda hüquqi müstəvidə həll edilir.

Bolkart üzrə kredit ödənişləri necə həyata keçirməlidir?

Bildiyiniz kimi Bank tərəfindən hər bir seqment üçün özünəməxsus 5 növdə Bolkart məhsulu təqdim edilmişdir. Bu səbəbdən də Bolkart məhsulunun növündən aslı olaraq istifadə edilmiş məbləğlərin ödənişləri növbəti təqvim ayının 1 dən 10 dək və ya 1 dən 15 dək həyata keçirilməsi mümkündür. Bolkartlarda İndi al 1 aya ödə, İndi al 3 aya ödə, İndi al 6 aya ödə, İndi al 12 aya ödə və s. və nağdlaşdırma funksiyaları mövcuddur.

Taksit istifadələrinə İndi al 1 aya ödə, İndi al 3 aya ödə, İndi al 6 aya ödə, İndi al 12 aya ödə və s. opsiyaları aiddir ki, bu zaman da taksitin müddətindən aslı olaraq faizsiz müvafiq müddətlərə bərabər şəkildə bölünür və aylıq ödənişləri yuxarıda qeyd edilən müddətlərdə həyata keçirir.

Kredit kartı kimi istifadəy' İndi al 1 aya ödə və nağdlaşdırma opsiyaları aiddir. Bu opsiyalar üzrə Azərbaycanda və dünyanın istənilən nötəsində nağdsız ödənişlər və nağdlaşdırma əməliyyatları aparmaq mümkündür. Bu opsiyalar üzrə istifadə edilən məbləğlərə isə 45 günədək Grace period ( faiz hesablanmayan güzəşt müddəti) tətbiq edilir. Grace period zamanı istifadə edilmiş məbləğə heç bir faiz hesablanmır və müştəri istifadə etdiyi məbləği bu müddət ərzində faizsiz ödəyə bilər. Əgər istifadə edilmiş məbləğ Grace period müddəti ərzində tam və ya qismən ödənilmədikdə növbəti ay müştəri tərəfindən qalıq məbləğin 1/18 hissəsi və ona hesablanmış faizlər ( faiz Grace period bitdikdən sonra hesablanmağa başlayır) yuxarıda qeyd edilmiş müddətlərdə həyata keçirilir.

Bolkart üzrə ödədiyim məbləğ ödəniş opsiyaları üzrə hansı ardıcıllıqda silinir?

Bolkart məsulu özündə bir çox funksiyaları birləşdirdiyindən ödənilmiş məbləğin opsiyalar üzrə silinmə ardıcıllığı kartın istifadəsindən və yaranmış borc məbləğlərindən asılıdır. İstifadə edilmiş opsiyadan aslı olaraq hər ay ödəniş tarixlərində ödənilməli olan borc məbləği formalaşır və borc məbləği barədə bank tərəfindən müştəriyə məlumatlandırıcı SMS göndərilir. Bundan əlavə olaraq Bolkart saytında şəxsi kabinet vasitəsi ilə də ödəniş məbləğini görmək mümkündür. Ödəniş məbləğinin opsiyalar üzrə silinmə ardıcıllığını aşağıda qısa şəkildə qeyd edirik.

- Əgər müştəri yuxarıda qeyd etdiyimiz kimi nağdsız ödənişlər və nağdlaşdırma əməliyyatları ( İndi al 1 aya ödə və nağdlaşdırma) həyata keçiribsə və həmin məbləğlərin ödənişini verilən 45 günədək olan Grace period ( faiz hesablanmayan güzəşt müddəti) ərzində tam və ya qismən etməyibsə bu zaman ilk olaraq hesablanmış faizlərin silinməsi baş verir.

- Müştərinin Taksit istifadələri (İndi al 1 aya ödə, İndi al 3 aya ödə, İndi al 6 aya ödə, İndi al 12 aya ödə və s. opsiyaları) varsa, istifadə edilmiş məbləğ opsiyaya uyğun olaraq bərabər hissələrə faizsiz bölünür və ödəniş zamanı həmin hissənin ödənilməsinə yönləndirlir.

- Əgər müştəri nağdsız ödənişlər və nağdlaşdırma əməliyyatları ( İndi al 1 aya ödə və nağdlaşdırma) həyata keçiribsə və həmin məbləğlərin ödənişini verilən 45 günədək olan Grace period (faiz hesablanmayan güzəşt müddəti) ərzində tam və ya qismən etməyibsə, həmin məbləğin 1/18 hissəsinin ödənilməsinə yönləndilir.

- Müştəri tərəfindən artıq vəsait ödənildikdə isə ödənilən məbləğ İndi al 1 aya ödə və nağdlaşdırma opsiyaları üzrə borcun ödənilməsinə və taksit istifadələri zamanı yaranmış borcların ödənilməsinə yönləndilir.

Ödənişlərdən sonra kartdakı limit bərpa olunur?

Bəli, ödəniş edildikdən sonra kartın limiti avtomatik olaraq ödəniş edilən məbləğ qədər bərpa edilir. Kartın müddəti 5 illik olduğundan müştəri 5 il ərzində mütəmadi olaraq kartdan istifaə edə bilər.

Bolkart itirildikdə və ya kart oğurlandıqda, nə etməli?

İlk növbədə bankla əlaqə saxlayaraq və ya mobil app vasitəsi ilə kartı bloklaşdırmaq lazımdır. Sonra Banka müraciət edib dublikat sifariş etmək lazımdır.

Bank,
22.11.2019 15:58 26
Teqlər: