Logo

Bakı-Sumqayıt-Bakı elektrik qatarı yenə gecikib


Bakı-Sumqayıt-Bakı elektrik qatarında gecikmə olub.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, gecikməyə səbəb bu gün saat 08:30 radələrində dəmir yolunun Xırdalan stansiyasının kontakt şəbəkəsində yaranmış nasazlıq olub. 

Yağışlı hava şəraiti ilə əlaqədar yaranan atmosfer gərginliyi nəticəsində kontakt şəbəkəsində izolyator zədələnib:

“Yaranmış nasazlıq nəticəsində Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında 23-42 dəqiqə arası dayanmalı olub. Nasazlıq təcili olaraq aradan qaldırılıb və qatarlar hazırda öz qrafiki üzrə hərəkət edir”.

Nəqliyyat,
22.11.2019 14:54 18
Teqlər: