Logo

Çexiya supermarketlərində şampun və duş gelini fərqli yolla satırlar


Çexiya supermarketləri şəbəkəsi Rossmann və DM-də şüşələnmiş şampun və duş geli (kranı olan xüsusi apparat vasitəsilə) satılır.

İqtisadiyyat.az xəbər verir ki, bu haqda Çexiyanın G7 nəşri yazıb.

Btulkaların təkrar istifadəsi üçün nəzərdə tutulan belə xüsusi apparat ətraf mühitə tullantıların miqdarını da azaldacaq.

Bildirək ki, qablaşdırma butulkaları ayrı satılır. Müştəri onu doldurduqdan sonra, apparat duş geli və şampunun üzərinə məhsulun son istifadə müddətini yazır.

Nəşr yazır ki, duş geli və şampun üçün bir qablaşdırmadan istifadə edilməsi plastik tullantıların miqdarını ildə 5 min tona qədər azaldacaq.

DM mağazalarında isə yenilik hələki test rejimindədir və ola bilər ki, yenilik supermarketlər şəbəkəsinin digər ticarət nöqtələrində də yayılsın.

Macarıstanda Rossmann nümayəndələri isə Çex həmkarlarının bu təşəbbüsünü müsbət qarşılayıblar. Qeyd olunur ki, bir müddət sonra oxşar sistem Macarıstanda da tətbiq oluna bilər.

©Facemark.az

Marketinq,
22.11.2019 12:42 26
Teqlər: