Logo

Los Anceles 2019: Karma SC2 konseptini nümayiş edib


Kaliforniyada fəaliyyət göstərən Karma Automotive şirkəti Los Ancelesdə keçirilən avtosalonda SC2 konseptini nümayiş etdirib.

İqtisadiyyat.az xəbər verir ki, kupe ümumi hasilatı 1100 at qüvvəsi təşkil edən elektromotorlarla hərəkətə gəlir. Elektromotorlar avtomobilin ön və arxa oxlarında yerləşir. Mühərriklərin qidalandığı batareyanın tutumu 120 kVs təşkil edir. Şirkət nümayəndələri dolu batareya ilə Karma SC2 konseptinin 563 km qət etdiyini iddia edirlər. Yerindən 100 km/saat həddinə kupe 1,9 saniyəyə sürətlənir. Yeni konseptdə Karma mühəndislərinin hazırladığı bir neçə texnologiya tətbiq olunub. Bunlara misal olaraq barmaq izinin skanerini, üzün tanınması sistemini, 3D effekti olan və səsi ayrı-ayrı zaonala bölüşdürənaudiosistemi, həmçinin biometrik kresloları və sükanı göstərə bilərik. Karma SC2 modelinin ən maraqlı cəhətlərindən biri avtomobildə etdiyiniz sonuncu səfəri yenidən yaşamaq imkanıdır. Bu barədə Autograph yazıb.

Prototip təchiz edildiyi yüksək icazəli kamera və lidarlar sayəsində 360-dərəcəli videoçəkilişi aparmaq iqtidarındadır. Eyni zamanda, süni intellekt real vaxt rejimində səyahətin bütün atributlarını (sürətlənmə, döngələr, səslər, havanın temperaturu və playlist) qeydə alır. Səfər bitdikdən sonra sürücü park edilmiş avtomobildə həmin anları yenidən canlandıra bilər. Smartfon salon güzgüsünün yerində quraşdırılır və ekranda səyahətin yazısı həmin rakusdan əks etdirilir. Adaptiv lazer proyektoru isə qalan məkanı əsl yarış simulyatoruna çevirir. Avtomobil sahibləri bu yazı ilə bir-biri ilə bölüşə, həmçinin dünyanın istənilən nöqtəsində olan sürücülərin marşrutunu canlandıra bilərlər. Konseptin nə zaman seriyaya gedəcəyi barədə məlumat verilməyib.

Hələlik, Karma şirkətinin təklif etdiyi yeganə model Revero sedanıdır. Los Ancelesdə keçirilən avtosalonda Karma şirkəti bu modelin GTS indeksli “qaynar” versiyasını nümayiş etdirib. Elektromotorların ümumi gücü əvvəlki səviyyədə qalsa da, sedanın dinamik göstəriciləri yaxşılaşdırılıb. 542 at qüvvəli Karma Revero GTS 100 km/saat həddinə 3,9 saniyəyə sürətlənir. Adi Revero bu işə 4,5 saniyə sərf edir. Revero GTS modeli 2020-ci ilin birinci rübündə satışa çıxacaqdır. Sedanın qiyməti 150 min dollardan başlacaqdır.

Avto,
22.11.2019 11:38 16
Teqlər: