Logo

Likee tətbiqinin sahibi BIGO Technology şirkəti Yandeks reklam şəbəkəsi ilə əməkdaşlıq edəcək


BIGO texnologiya şirkətinin sosial şəbəkələri Yandex-in reklam şəbəkəsinə qoşulub.

İqtisadiyyat.az xəbər verir ki, indi Yandex.Direkt-in müştəriləri videoların yaradılması tətbiqi Likee-da reklamlarını yerləşdirə və auditoriyası aktiv və gənclərdən olan imo video-çatda ünsiyyətə keçə biləcəklər.

Xatırlatmaq yerinə düşər ki, BIGO Technology şirkəti videoların yaradılması üzrə tətbiqlərin hazırlanması və buraxılması ilə məşğul olur. Onun auditoriyası isə aktiv bir şəkildə artım göstərir. BIGO platformasının istifadəçiləri aktiv istehlakçılardır və Z nəslinə xitab edir. BIGO tətbiqlərin auditoriyası video kontentə üstünlük verir.

App Annie araşdırma şirkətinin məlumatına görə, Likee istifadəçiləri tətbiqdə gün ərzində 43 dəqiqə vaxt keçirirlər. BIGO Technology şirkətinin tətbiqləri üçün rəqabət yaradan platformalarda – YouTube və Instagramda isə müqayisə üçün deyək ki, müvafiq olaraq ortalama vaxt keçirdikləri müddət 40 və 53 dəqiqə təşkil edir.

Sosial platformalarda məşhurların yayımları istifadəçilərin 20%-nin aktiv olaraq öz kontentlərini yaratmağa təşviq edir.

Beləliklə, belə qənaətə gəlmək olar ki, BIGO platformalarında Z nəslinin nümayəndələri ilə qarşılıqlı təsirin üstünlüyü onunla nəticələnir ki, potensial istehlakçılar pozitiv mühitdə reklam elanlarını görürlər. Potensial müştərilər hər gün belə platformalarda xoş emosiyalara səbəb olan məzmuna baxırlar.

©Facemark.az

Marketinq,
22.11.2019 11:27 17
Teqlər: