Logo

Şamaxıya qar yağdı - FOTO


Şamaxıya qar yağıb.

İqtisadiyyat.Az Oxu. az-a istinadən xəbər verir ki, iki gündür davam edən şaxtalı hava bu gün yerini qarla əvəzləyib.

Axşam saatlarından başlayaraq sulu qar, ardınca qar yağıb. 

Qar, əsasən, rayonun dağlıq ərazilərinə - Pirqulu, Qizmeydan, Dəmirçi və Pirbəhli kəndlərində müşahidə edilib. Avtomobil yollarında hər hansı bir çətinlik yaranmayıb.

Hazırda qar yağıntısı davam edir.

Ekologiya,
21.11.2019 12:37 36
Teqlər: