Logo

İnstagram yenilik gətirməyə davam edir: IGTV və Kəşf et səhifələri dəyişəcək


İnstagram sosyal medyalar arasında ən çox yenilik gətirən platformadır yəqinki. Bu yenilikləri medyaya əsasən Jane Manchun Wong vasitəsilə bildirir. Jane tərsinə mühəndislik edərək İnstagramın kodlarını araşdırır və bu kodlar arasında yenilikləri tapır. Bu səfər isə ortaya çıxan məlumatlara əsasən İnstagram İGTV və Kəşf et səhifəsi dizaynını tamamilə dəyişməyi planlayır. Lakin ən diqqət çəkici nöqtə isə edilən dəyişikliklərdən sonra İGTV TikToka-a bənzər bir hala bürünəcəyidir.

Wong-un Twitter üzərindən paylaşımına görə İGTV artıq TikTok-a bənzər bir hal alacaq və Kəşf et səhifəsi kateqoriyalara bölünəcək.

Digər tərəfdən bu yeniliklərin nə zaman olacağı hələki bilinmir. Jane Manchun Wong-un paylaşımına görə hazırlıqlar gedir və çox güman ki, müəyyən testlər edilib bitdikdən sonra bu yeniliklər istifadəçilərə açıq olacaq.

İKT,
21.11.2019 12:31 22
Teqlər: