Logo

Azərbaycana $380,6 milyon dollar dəyərində avtomobillər idxal olunub


2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana $380 milyon 634,2 min dəyərində minik avtomobilləri idxal edilib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 53,7% çoxdur.

İqtisadiyyat.az xəbər verir ki, “Yanvar-sentyabr aylarında ölkəyə 27,825 min ədəd minik avtomobili (artım 1,9 dəfə) gətirilib”, - deyə məlumatda bildirilir. Bu barədə “İnterfaks-Azərbaycan" yazıb.

Hesabat dövründə Azərbaycana $42 milyon 338,5 min dəyərində (artım 1,8 dəfə) 5,583 min ədəd yük avtomobili (artım 3,7 dəfə), eləcə də $48 milyon 871,4 min dəyərində (artım 8 dəfə) 371 ədəd avtobus (artım 3,4 dəfə) gətirilib.

2018-ci ildə ölkəyə gətirilən avtomobillərin ümumi dəyəri ilk dəfə açıqlanıb. Ötən il respublikaya $407 milyon 634,8 min dəyərində minik avtomobilləri gətirilib ki, bu da 2017-ci ilin göstəricisindən 1,9 dəfə çoxdur. İdxal olunmuş avtomobillərin sayı 26,147 min ədəd təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 2,3 dəfə çoxdur.

2018-ci ildə Azərbaycana $33 milyon 241,6 min dəyərində (artım 2 dəfə) 2,3 min ədəd yük avtomobili (artım 1,9 dəfə), $15 milyon 874,8 min dəyərində (artım 43,4%) 297 ədəd avtobus (artım 60%) idxal olunub.

Avto,
21.11.2019 12:18 20
Teqlər: