Logo

İntiqam Səfərəliyev AzFinance İnvestisiya Şirkətinin Direktoru vəzifəsinə təyin edilib


AzFinance İnvestisiya Şirkətinin Səhmdarlarının ümumi yığıncağının 14 noyabr 2019-cu il qərarına əsasən İntiqam Səfərəliyev AzFinance İnvestisiya Şirkətinin Direktoru vəzifəsinə təyin edilib.

İqtisadiyyat.az xəbər verir ki,bu barədə AzFinans məlumat verilib

Məlumatda bildirilir ki, İntiqam Səfərəliyev 2007 ildən Çelsi Kapital şirkətinin Direktoru vəzifəsində çalışıb. AzFinance İnvestisiya Şirkətində çalışdığı 3 il ərzində Maliyyə sektorunda şirkətin birinci yerdə gəlməsini və öz müvqeyini qoruyub saxlamasını təmin etmişdir.

O, 2014-cü ildən AzFinance İnvestisiya Şirkətinə Direktor müavini təyin edilib. Eyni zamanda AFB Bankın Müşahidə Şurasının Üzvü vəzifəsində də işləyib.

Qeyd edək ki, İntiqam Səfərəliyev Maliyyə ixtisası üzrə Bakalavr və Magistr dərəcələrinə malikdir. 12 ildən çox idarəçilik və pul vəsaitlərinin idarə edilməsi təcrübəsinə malikdir.

Evlidir. 3 övladı var. fins.az

Birja,
21.11.2019 12:11 66
Teqlər: