Logo

“Araz” Marketlər Şəbəkəsində qəribə qadağa: “Şəkil çəkmək olmaz!”


“Araz” Supermarketlər Şəbəkəsi mağaza daxilində şəkil çəkməyə qoyulan qadağa məsələsinə rəsmi münasibət bildirib. “Araz” supermarketlər şəbəkəsinin Marketinq departamenti PR və Daxili Kommunikasiya bölməsinin müdiri Billurə Əmirova açıqlamasında bildirib ki, şəkil çəkmə ilə bağlı məhdudiyyət təkcə “Araz” Supermarketlər Şəbəkəsində yox, dünyanın bütün iri şəbəkə marketlərində var:

“Bizdə də, təbii ki, bununla bağlı müəyyən məhdudiyyətlər var. Hətta filiallarımızda müştəriləri məlumatlandırmaq üçün üzərində “şəkil çəkmədiyiniz üçün təşəkkür edirik” sözləri əks olunmuş lövhələr də asılıb.

Onu qeyd edim ki, bu məhdudiyyət daha çox qiymətlə bağlıdır. Əgər müştəri məhsulu əlinə götürüb şəkil çəkirsə və yaxud övladı ilə alış-veriş zamanı şəkil çəkdirirsə, hər hansısa məhdudiyyətdən söz gedə bilməz.

Lakin məhsulun rəfdə, qiyməti ilə birlikdə şəkli çəkilirsə, bu zaman mühafizə əməkdaşı sizə yaxınlaşaraq çəkilişə icazə olmadığını bildirəcək.

Müştərilərimizdən bunu anlayışla qarşılamalarını xahiş edirik”. oxu.az

Sosium,
20.11.2019 14:53 22
Teqlər: