Logo

Qatlana bilən Motorola RAZR smartfonu təqdim olundu - QİYMƏTİ


Son 1 il ərzində olmuş məlumat sızıntılarından sonra Motorola brendi sonunda qatlana bilən yeni nəsil Motorola RAZR smartfon modelini təqdim etdi. Yeni maraqlı dizayndan əlavə olaraq sözügedən smartfon elastiki ekran, kompakt ölçülər və qatlana bilən smartfonlar bazarındakı digər rəqiblərdən fərqli olaraq daha aşağı qiymət göstəricisi əldə edib. Beləliklə yeni Motorola RAZR modeli qapaqlı smartfon dizaynında hazırlanıb. Smartfon 2142x876 piksel keyfiyyətli daxili OLED ekrana sahibdir. Smartfonun qatlanma xətti onun ekranının mərkəzində yerləşir.

Ekan ətrafındakı çərçivələr isə elastiki ekranın qorunması üçün nəzərdə tutulmuş əlavə qoruyucu funksiyanı reallaşdırırlar. Ekranın yuxarı hissəsində çıxıntı hissə yerləşdirilib və həmin çıxıntı hissəyə danışıq üçün nəzərdə tutulmuş səsgücləndiricilər və ön kamera inteqrasiya edilib. Smartfonun aşağısında isə qalın hissə yerləşib və barmaq izi skanı texnologiyası məhz həmin hissəyə inteqrasiya edilib. Smartfon gövdəsinin xaricində 800x600 piksel keyfiyyətli 2.7 düym əlavə OLED ekran yerləşir. Xarici ekran daxil olan zəngləri və bildirişləri əks etdirir. Bununla yanaşı xarici ekran vasitəsilə həmçinin multimedia fayllarını da idarə etmək olar.

Əsas texniki götəricilərə gəldikdə isə Motorola RAZR modeli Snapdragon 710 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş həcmi, 16 MP-lik (f/1.7 diafraqmalı) arxa kamera, 5 MP-lik ön kamera və 15 vatt gücündə sürətli şarj texnologiyalı 2510 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Yeni Motorola RAZR modeli Android Pie əməliyyat sistemi vasitəsilə çalışır. Smartfonun ABŞ-da ön sifarişinə dekabr ayının sonunda start veriləcək. Satışlar isə 2020-ci ilin yanvar ayında başlayacaq. Smartfonun qiyməti 1500$ təşkil edir. Onun başqa regionlarda nə zaman və hansı qiymətə satılacağı barəsində məlumatlar isə daha sonradan veriləcək.

Biznes,
15.11.2019 22:17 30
Teqlər: