Logo

Maliyyə Nazirliyindən gələn ilin dövlət büdcəsində “zəif bənd” axtaranlara - CAVAB


Maliyyə Nazirliyi son günlərdə “Turan” İnformasiya Agentliyinə məxsus internet resurslarında dərc olunan “2020-ci ilin dövlət büdcəsinin 20 zəif bəndi” adlı məqaləyə reaksiya verib. 

İqtisadiyyat.Az-ın məlumatına görə, nazirlik bildirir ki, sözügedən məqalədə elə ilk baxışda büdcə sənədinin əsas parametrlərinin dəqiq və dərindən təhlil olunmadığı görünür. 

Qeyd olunub ki, məqalədə ənənəvi, şablon, cəfəng fikirlər səsləndirilib.

Bildirilib ki, bu fikirlərin əsasında hökumətin büdcə siyasəti və büdcə prosesinin mütərəqqi beynəlxalq standartlara uyğun olaraq təkmilləşdirilməsi, şəffaflığın, açıqlığın və büdcə müzakirələrində ictimaiyyətin daha geniş iştirakının təmin edilməsi istiqamətindəki fəaliyyətinə kölgə salmaq cəhdləri aydın şəkildə görünür.

“Maraqlıdır ki, məqalənin ilk cümləsində Maliyyə Nazirliyinin artıq 2020-ci il üçün Azərbaycanın dövlət büdcəsinin layihəsini açıqladığını yazan müəllif daha sonra büdcə sənədinin qapalı olduğunu iddia edərək müəyyən ittihamlar səsləndirir. Beləliklə də özü-özünü inkar edir. “Əgər ictimaiyyət büdcə xərcləri barədə məlumatlı deyilsə, göstərdiyiniz bu məlumatlar haradan və necə əldə olunur? deyə sual olunur””, - deyə açıqlamada bildirilib.

Nazirlik agentliyin 20 bənd üzrə təsnifləşdirdiyi iddiaları şərti suallar kimi qəbul edərək onları tək-tək cavablandırıb. Həmin cavabı buradan oxuya bilərsiniz.

Maliyyə,
11.11.2019 17:22 25
Teqlər: