Logo

Yeni icra başçısı məsləhətçiyə yüksək VƏZİFƏ VERDİ


Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev yeni şöbə müdiri təyin edib.

İqtisadiyyat.Az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumata görə,  Anar Tağıyevin əmri ilə Həsənov Ayaz Əvəz oğlu Yevlax ŞİH Başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilib. O, bu təyinata qədər həmin şöbənin Məsləhətçisi (dəftərxana işinin aparıcısı) vəzifəsində çalışıb.

Xəbəri Yevlax Şəhər İcra Hakimiyyətindən xəbəri təsdiqləyiblər.

Sosium,
08.11.2019 13:57 13
Teqlər: İqtisadiyyat.Az, sosium,