Logo

“FINCA AZERBAİJAN” Lənkəran və Salyan filiallarının rəsmi açılışını etdi


“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı filial şəbəkəsinin genişləndirilməsi planları çərçivəsində Lənkəran və Salyan rayonlarında yeni filiallarının açılışını edib.

Lənkəran şəhərində keçirilən rəsmi açılış tədbirində “FINCA Azerbaijan”ın ölkə üzrə direktoru Timoti Tarrant, təşkilatın işçi heyəti və müştərilər iştirak edib.

Açılış mərasimində çıxış edən Timoti Tarrant deyib ki, “FINCA Azerbaijan”ın Lənkəran filialı yerləşmə baxımından bir çox cənub rayonlarına xidmət etmək imkanına sahibdir. Onun sözlərinə görə, yeni filial vasitəsi ilə Lənkəran, Astara, Lerik və Liman şəhərindən olan təkrar və yeni müştərilər FINCA-nın müxtəlif kredit məhsullarından faydalana biləcəklər.

“FINCA öz işini irəli aparmaq istəyən kiçik sahibkarlara müxtəlif kredit məhsulları təqdim edir. Məqsədimiz Azərbaycanın bölgələrində insanların maliyyə dayanıqlılğını təmin etməkdir”,-deyə təşkilatın direktoru Timoti Tarrant deyib.

FINCA eyni gündə Salyan filialının da rəsmi açılışını həyata keçirib. Salyan bazar adlanan əraziyə yaxın yerləşən yeni ofis kiçik sahibkarların ehtiyacına uyğun müxtəlif kredit məhsulları təklif edir.

Hacıqabul, Neftçala, Şirvandan olan yeni və təkrar müştərilər də Salyan ofisi vasitəsi ilə kredit əldə edə bilərlər.

Qeyd edək ki, FINCA ticarət, istehsal, xidmət sahələri, eləcə də kənd təsərrüfati üzrə kreditlər təklif edir. Kredit müraciətlərini 055 455 29 29 nömrəsinə zəng etməklə və ya watsapp nömrəsinə yazmaqla sifariş etmək olar. Bundan başqa müştərilər www.finca.az saytı vasitəsi ilə kredit üçün onlayn qaydada müraciət edə bilərlər.

Sosium,
08.11.2019 13:38 48
Teqlər: İqtisadiyyat.Az, sosium,