Logo

DGK-nin büdcə daxilolmaları oktyabrda 5%-ə yaxın artıb


Bu ilin oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 395 210,7 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da əvvəlki aya nisbətən 4,9% çoxdur.

İqtisadiyyat.Az DGK-yə istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi cari ilin sentyabr ayı ilə müqayisədə 5,7% artaraq 110 802,4 min manat olub.

ƏDV üzrə daxilolmalar isə oktyabrda 5,3% artaraq 264 860,5 min manat, aksizlər üzrə 5,7% azalaraq 15 830,5 min manat, yol vergisi üzrə daxilolmalar isə 7,1% artaraq 3 717,3 min manat təşkil edib.

Sosium,
08.11.2019 19:00 8
Teqlər: İqtisadiyyat.Az, sosium,