Logo

“ASAN xidmət”-dən 15 yeni tender – SİYAHI


İqtisadiyyat.az xəbər verir ki, “ASAN xidmət”  Sabirabad, Masallı, Bərdə, Mingəçevir, Quba, Qəbələ, Gəncə, Balakən, İmişli, Şəki, Ağcabədi, Tovuz, Şamaxı, Kürdəmir, 3 saylı Bakı "ASAN xidmət” mərkəzində və səyyar xidmət nəqliyyat vasitələrində gündəlik təmizlik işlərinin görülməsi üzrə tender elan edir.

Tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar lot üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı:

Lot 1: 300 AZN

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Hesab: AZ20CTRE000000000000048 785 70

VÖEN: 1701393691

Bank: Dövlət Xəzinədarlıq Agentliyi

Kodu: 210005

M/H: AZ41NABZ01360100000000003944

S.W.I.F.T. - СТREАZ 22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri,

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi,

3. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır),

4. Tender təklifi dəyərinin 1 ?6-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır),

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış:

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti,

7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı:

8. Podratçının müəyyən etdiyi digər sənədlər.

Sənədlər Azərbaycan dilində, tərtib olunmalcıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə Satınalan Təşkilata ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 27.11.2019-cu il saat 12:00 tarixinə qədər və tender təklifi ilə bank təminatı sənədlərini 05.12.2019-cu il saat 17:00 tarixinə qədər PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 06.12.2019-cu il saat 12:00 tarixində açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsi ilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.

E-şərtlər toplusunu 04.11.2019-cu il saat 10:30 tarixindən sonra əldə edə bilərsiniz.

Tender,
07.11.2019 18:53 17
Teqlər: